1 post və 11 sosial media platforması

Bu qədər sosial media platformasında aktiv olmağı necə bacarırsan?
 

Bu sualla tez-tez qarşılaşıram. İndi mənə adi gəlsə də əvvəllər demək olar ki, mən də eynisini düşünürdüm, “Axı, bu qədər işin arasında bu qədər platformada necə aktiv olacam?”

Bu günki məqaləmizdə bu suala bir dəfəlik cavab vermək və bütün şübhələrinizə aydınlıq gətirəcəyimə ümid edirəm.

İlk öncə, cari sosial media izləyici sayım:

 

TikTok - 48,600
LinkedIn - 34,791
İnstagram - 25,400
Threads 4,507
Youtube - 2,630
Spotify - 1,398
Telegram - 566
Məqalə abunəsi - 208

 

Bu platformaların hamısında aktivəm və vaxtaşırı paylaşımlar edirəm. İndi gələk işin “necəsinə”.


Baxın, əgər düşünürsünüzsə ki, hər platforma üçün ayrıca bir mövzu və post hazırlamaq lazımdır, yanlış yoldasınız.

Məzmun paylaşmağın kökündə dayanan qaydalardan biri də (mənə görə) məzmunumuzu platformaya uyğunlaşdıra bilməkdir. Bu o demək deyil ki, biz hər platforma üçün məzmunu dəyişməliyik, bu o deməkdir ki, biz hər platforma üçün məzmun dilimizi, auditoriya ilə kommunikasiya üslubumuzu dəyişməliyik.

Yəni, mən əgər belə bir şey yazsam:

 

“Satışda adamını bezdirən bəzi alıcılar var ha, bax onların dilini tapmaq, həm də xətrinə dəyməmək üçün gərək qəşəng cavab verə biləsən”

Belə bir yazı sizcə hansı platformada paylaşılsa yaxşıdır?

Yazının üslubu deyir ki, “Mən peşəkar yox, bayağı üslubda yazılmışam”. Buna görə də bu paylaşım, yazılı formatda facebook, video formatda isə TikTok-da paylaşıla bilər.

Həmin yazı bir də bu cür yazılsa necə bəs:

Satışda tez-tez etirazlar gətirən müştərilərlə ünsiyyət zamanı diqqət etməliyik ki, onlar yenidən bizdən alış-veriş etsinlər. Bəs, belə hallarda onlara necə cavab verməliyik? Bu da bunun 5 yolu:

Bu mətn yazılı şəkildə LinkedIn, video formatda İnstagram reels və Youtube shorts-da paylaşıla bilər.

Qeyd - Youtube shorts və İnstagram reels üçün rəsmi və bayağı məzmunun qızıl ortasını tuta bilmək lazımdır. Çünki insanlar yumor olan məzmunlarda daha aktivdirlər nəinki dili rəsmi olan postlarda.


Yaxınlarda qardaşım Xəlil Mahmudov üçün belə bir strategiya hazırladıq.

Yeri gəlmişkən onun hədəfi Hüquq sahəsi üzrə özünü inkişaf etdirmək və iş qurmaqdır.

Onun sosial media strategiyası:

  1. Hüquq sahəsi üzrə bir mövzu təyin olunur və onunla bağlı məqalə yazılır - Medium, LinkedIn paltformalarında dərc olunur.
  2. Məqalə video formatda çəkilir - Youtube-da paylaşılır
  3. Məqalə səsli formatda qeydə alınır - Spotify-da yayımlanır
  4. Həmin məqalə qısa yazılar şəklində hissələrə bölünür - LinkedIn, Facebook, Threads-də paylaşılır
  5. Həmin qısa mətnlər video formatda çəkilir - Youtube shorts, TikTok, İnstagram reels, bəzən də LinkedIn-də paylaşılır

 

Bu bilirsiniz nə deməkdir? Siz bir mövzunu fərqli formatlarda 11 platformada paylaşa bilirsiniz. İşin sirri də budur. Mövzunu dəyişmək yox, üslubu və formatı dəyişmək lazımdır.

Sual verə bilərsiniz ki, nə üçün bu qədər platformada aktiv olmaq lazımdır. Cavabı çox sadədir - Hər platformada sizin üçün potensial alıcılar, əməkdaşlıq edə biləcəyiniz insanlar var. Sadəcə olaraq bəzi platformalarda bu az, bəzi platformalarda isə çoxdur. Məhz bu səbəbdən kontent strategiyası müəyyən edildikdə ağırlıq baxımından platformaları dərəcələrə ayırıb ona uyğun paylaşım sayını müəyyən etmək lazımdır.

 

İndi sizə başqa bir fürsətdən danışmaq istəyirəm.

 

8 İyunda LinkedIn marafonuna başlayacağıq. 28 nəfər artıq qeydiyyatdan keçib və bu bizim 3-cür qrupumuzdur. Erkən qeydiyyat (40% endirim) ,rəsmi olaraq, dünən bitsə də sırf bu məqaləni oxuyanlar üçün erkən qeydiyyat tarixini ayın 4-ə qədər uzadıram. Bu marafonda Linkedin üzərində şəxsi brendinizi yaratmaq üçün nələr lazımdır onu və bunu başqa platformalara necə daşıya biləcəyinizi öyrənəcəksiniz. Eyni zamanda marafon iştirakçıları ilə keçirəcəyimiz canlı görüşlərdə iştirak edib, əlaqələrinizi genişləndirəcəksiniz.

Faydalanmaq üçün məqaləyə cavab olaraq, “Mən də varam” yazmağınız kifayət edər.

 

Görüşənədək!
 

Number of views : 604

The only newsletter you need to supercharge your sales.