Bu sevincimi sizinlə paylaşmaqdan məmnununluq hissi duyuruam!
Bu dəfə sizinlə məqalə deyil, yeni başladığım bir start-upla bağlı paylaşacam və ümid edirəm ki, dəstəyinizi əsirgəməyəcəksiniz.
Uzun müddət öncə Logistika sahəsində çalışmışam və bu sahə ilə bağlı gördüyüm boşluqları və idxalçı və logistika şirkətlərinin yaşadıqları çətinlikləri nəzərə alaraqdan Logeaze start-upını təsis etdim.
Logeaze B2B Freight Forward Marketplace-dir. Yəni idxalçı şirkətlər artıq ekspeditor (freight forwarder) şirkətləri axtarmalı olmayacaqlar, biz bunu onlar üçün etmişik. İdxalçı şirkətlər fərqli kanallar (mail, telefon zəngi, whatsapp, telegram və s.) üzərindən yük sorğularını göndərməli və geri dönüş almalı olmayacaqlar. Bütün bunları:
- yük sorğularını göndərmək
- qiymət təklifi almaq
- təklif göndərən şirkətləri və qiymtə təkliflərini müqayisə etmək
- sifariş təsdiq olunduqdan sonra platforma üzərində chat sistemi vasitəsilə suallarını və sənədlərini ünvanlamaq
- yüklərinin ünvanını real time izləyə bilmək
- süni intellek vasitəsilə alternativ yollar tapmaq və s.
kimi funksionallıqları bir platforma üzərindən əldə edəcəklər.
Platforma hazırda ekspeditor və idxalçı şirkətlər üçün ödənişsizdir, lakin nə zamanadək ödənişsiz olacağına söz verə bilmərəm 😉 Platformaya keçid etmək üçün - Bura "tıklayın"
Odur ki, mənə dəstək olun və bu xəbəri çalışdığınız, əlaqədə olduğunuz və ən əsası da faydalı olacağını hesab etdiyiniz şirkətlərlə paylaşın, platformanın böyüməyində sizin də qatqınız olsun.
Öncədən hər birinizə təşəkkür edirəm.