İş tapmağın nə qədər çətin olduğu hər birimizə məlumdur.
Pandemiya dövründə bir çox şirkətin çıxış yolunu işçi ixtisarında görməsi hətda təcrübəli işçilərin belə işlərini itirməsinə gətirib çıxartdı. İşini itirən təcrübəli işçilər və kariyerasına qısa müddətdə başlamaq ümidi ilə yeni məzun olmuş tələbələr, bir vakansiya və yüzlərlə müraciət.
Necə etməli? Yüzlərlə namizəd arasından necə seçilməli?
Linkedin sizə yardımçı olacaq (özümü LinkedIn-i əməlli reklam edirmişəm kimi hiss etdim lap)
Bildiyimiz kimi Linkedin profesional insanların, CEO və şirkət başçılarının bir yerə yığıldığı bir sosial platformadır. Gün ərzində bu platformada onlarla iş elanı və müxtəlif növ paylaşımlar görə bilirik. Linkedini digər iş elanları paylaşılan saytlardan fərqləndirən əsas amillərdən biri digər saytlarda siz yalnız iş elanını gördüyünüz halda Linkedin-də bu elanı paylaşan HR əməkdaşını və ya işçi axtaran şəxsi görə bilirsiniz. Bu isə o deməkdir ki, həmin insanlarla əlaqə saxlaya və suallarınızı ünvanlaya bilərsiniz.
İndi gələk əsas məsələyə. Linkedin-də təcrübə tələb edən işləri necə tapa bilərik? Sualın cavabı çox sadədir:
1 - Təcrübə keçmək istədiyiniz şirkətlərin siyahısını tərtib edirsiniz.
2 - Çalışmaq istədiyiniz sahəni müəyyən edirsiniz.
3 - Həmin sahədə çalışan və işə götürən qismində olan insanlarla bağlantı qurursunuz.
Məsələn, mən əgər hansısa bir oteldə Sales Executive işində çalışmaq və ya təcrübə qazanmaq istəyirəmsə mənim bağlantı quracağım şəxslər Bakıdakı otellərin Sales departamentində lakin yuxarı vəzifədə çalışan şəxsləri (Sales Director və Assistant Director of Sales) və otelin HR əməkdaşları olacaq. Bu insanlara ilk növbədə personalized connection request göndərəcəm. Göndərilən bağlantı təklifində dərhal iş və ya təcrübə axtardığımızı demək məsləhət deyil, çünki bezdirəcəyinizi düşünüb bağlantı təklifinizi qəbul etməyə bilərlər. Əvəzinə kiçik bir mətn yazaraq onların profesional bağlantılarının bir hissəsi olmaq istədiyimi bildirəcəm. Bu zaman bağlantı təklifimin qəbul olunma şansı artır.
Personalized connection request -i bu cür göndərə bilərsiniz:
Ilk öncə Connect düyməsini sıxırıq daha sonra isə Add note əlavə edib Send düyməsini sıxaraq bağlantı təklifini göndəririk.
Yaza biləcəyimiz bir mətn nümunəsi :
Bağlantı təklifi qəbul olunandan sonra onlara yazıb təklinizi qəbul etdikləri üçün minnətdarlıq edin.
Daha sonra əgər həmin əməkdaşlar aktiv şəkildə paylaşımlar edirlərsə, bu paylaşımlara mütəmadi olaraq qoşulur və fikir mübadiləsi aparırıq. Buna Insanları varlığınızdan agah etmək deyilir :)
Müəyyən qədər (5-10 gün) vaxt keçəndən sonra onlara yazıb iş və ya təcrübə şansı axtardığınızı bildirin. Artıq bu yazılan mesajla bağlantı qurduğunuz andakı yazmış olduğunuz mesaj eyni olmayacaq. Onlar sizi paylaşımlarına yazdığınız şərhlərdən müəyyən qədər tanıyacaqlar. Bəs əgər paylaşım etmirlərsə?
Bu zaman edə biləcəyiniz yalnız həmin insanların əlaqə məlumatlarını əldə etməkdir, hansı ki, Linkedindən tapa bilərsiniz.
Contact İnfo-ya daxil olaraq məlumatlar əldə etmək olur.
Çox zaman yalnız email adresi tapmaq olur. Bu halda həmin şəxslərə email göndərərək onlarla çalışmaqda maraqlı olduğunuzu qeyd edin. Məlumatları tapmaq olmursa, həmin departamentdə çalışan başqa şəxslərlə eyni qaydada bağlantı yaradaraq onlardan əlaqə qurmaq istədəyiniz şəxsin email və ya mobil nömrəsini soruşa bilərsiniz.
Bir məsələni daha qeyd etmək istəyirəm:
Axtardığımız işi tapmaq üçün sadəcə olaraq CV göndərmək kifayət etmir. Özünüz düşünün. Bir vakansiya elan olunur və yüzlərlə CV göndərilir. Sizi digərlərindən fərqləndirən nə ola bilər? Nə etməlisiniz ki, məhz sizin CV ilk yoxlanılanlar arasında olsun?
"Mənim iş təcrübəm daha yaxşıdır və CV-min dizaynı göz oxşayandır. Ona görə də ilk olaraq mən göndərən CV dəyərləndirilməlidir"
-bağışlayın, amma ☝ bu artıq keçmir.
Siz axı həmin vakansiya üçün sizdən başqa göndərilən 185 CV-dən xəbərdar deyilsiniz. Əmin ola bilərsiniz ki, onların arasında sizdən daha yaxşı iş təcrübəsi olan insanlar var. Məhz bu səbəbdən məsələyə olan yanaşmamızı mütləq dəyişməliyik. Heç də işə götürən tərəf (əksəriyyət) göndərilən bütün CV-lərə baxmır. Ona görə də sadəcə olaraq CV göndərib, oturub nə zamansa cavab gələcəyini gözləmək vaxt itkisidir. Digərlərindən seçilmək və daha tez bir zamanda intervyu təklifi almaq üçün nələr edə bilərik?
Gəlin baxaq:
1 - Elanı gördük və qeyd olunan emailə CV göndəririk.
2 - Elan jobsearch və ya başqa bir iş saytından götürülübsə şirkətlə bağlı Linkedin platformasında araşdırma edib, İnsan resursları əməkdaşının kim olduğunu aydınlaşdırırıq. Çünki elanlarda qeyd olunan email adresləri çox zaman ümumi adreslər olur (Məs, info@info.az) Əgər elanı Linkedin-də görmüşüksə o zaman paylaşan tərəflə bağlantı qururuq.
3 - CV göndərməyimizin üzərindən 2-3 saat keçəndən sonra bağlantı qurduğumuz şəxslə əlaqə saxlayıb, elan üçün təşəkkür edir və CV göndərdiyimizi qeyd edirik.
4 - "Bəs Kamal, bağlantı təklifimiz qəbul olunmasa necə?" Belə hallarda mən çox zaman şirkətin özünə zəng edirəm. Zəngimə cavab verən resepşn və ya başqa əməkdaş olarsa özümü bir şirkət nümayəndəsi olaraq qələmə verir və əməkdaşlıq üçün İnsan Resusrları ilə danışmaq istədiyimi bildirirəm. Bunu bildirərkən danışmaq istədiyimiz əməkdaşın adını vermək qarşı tərəfədə "Hə bu insan deyəsən bizim əməkdaşı tanıyır" təəssüratını yaradacaq və zəngimizi (85% ehtimalda) yönəldəcək.
5 - "Birdən İnsan Resursları əməkdaşı mənim iş axtarmaq məqsədi ilə zəng etdiyim halda əməkdaşlıq adı ilə onlara zəng etməyimi pisləsə necə?" - Cavab 👉 Aysel xanım (Şərti olaraq qeyd edirəm), mən sizi anlayıram və bunun üçün sizdən üzr istəyirəm, sadəcə işinizin çox olduğunu və buna görə danışmayacağınızdan ehtiyyat etdim və mənim CV-mi gözdən qaçırda biləcəyinizi düşünərəkdən sizinlə danışmaq istədim. Çünki bilirəm ki, sizin yerləşdirdiyiniz vakansiya üçün uyğun bir namizədəm - və s. mətni dəyişə bilərsiniz, amma özgüvənli səslənəcəyinizə əmin olun.
6 - Deyək ki, razılaşdıq. CV-mizi qəbul etdiklərini və nəzər salıb bizə geri dönüş edəcəklərini bildirdilər. Danışdıqdan dərhal sonra təşəkkür emaili yazıb, cavab gözləyəcəyimizi bildiririk. Geri dönüş (80% ehtimalda) etməyəcəklər! Zəng-dən 48 saat sonra yazdığımız emailin üzərindən, başqa bir email yazıb qərar verib-vermədiklərini maraqlanırıq.
7 - Daha bir 48 saatdan sonra başqa bir email yazıb, cavab gəlmədiyi təqdirdə bir neçə saatdan zəng edirik. Artıq cavab alacağınıza ümid edirəm. Hətta sizə "İntervyular hələ də davam edir, biz sizə özümüz xəbər edəcəyik" deyilsə də belə, bir şeyə əmin ola bilərsiniz ki, onlar etdiyiniz zənglər və göndərdiyiniz emaillər sayəsində sizi yadda saxlayacaqlar. Çünki qarşı tərəfdə onların müəssisəsində çalışmaqda maraqlı və ciddi olduğunuzu hiss etdiridiniz artıq.
Son
Yuxarıda qeyd olunan nüansların xeyirini yalnız mütəmadi olaraq bunları edərsək görə bilərik. Odur ki, qeyd olunanları edin, səbrli olun və ən əsası daima öz üzərinizdə çalışın
Məqaləni oxuduqdan sonra fikirləriniz bölüşməyi unutmayın...
Uğurlar!