İş axtaranlar üçün mail və post şablonları

Bu məqalədə sizlərlə istər sosial media üzərində, istərsə də email şəklində iş axtarışı/işə müraciət zamanı istifadə edə biləcəyiniz yazı formalarını paylaşmaq istərdim.



1) LinkedIn Post - Xaricdən Qayıtmışıqsa


Dəyərli bağlantılarım,


Sizə bildirmək istərdim ki, (ölkə adı) keçirdiyim bir neçə məhsuldar ildən sonra ölkəmizə qayıtmaq qərarına gəldim. Nəzərinizə çatdırmaq istərdim ki, hazırda ____ sahəsi üzrə iş axtarışındayam.
(Ixtisas) üzrə (keçmiş şirkət adı), (keçmiş şirkət adı) ve (keçmiş şirkət adı) kimi şirkətlərdə (neçə il) yaxın iş təcrübəsi qazanıb, ixtisasım üzrə sertiifkatlar əldə etmişəm.
Daha detallı məlumat üçün LinkedIn profilimə göz ata bilərsiniz, ehtiyac olduğu halda isə CV-mi paylaşmağa hazıram.
Dəstəyiniz üçün öncədən təşəkkür edirəm.



2) LinkedIn Post - İş Axtarışı İlə Bağlı


Dəyərli bağlantılarım,
Nəzərinizə çatdırmaq istərdim ki, hazırda ____ sahəsi üzrə iş axtarışındayam.
Bu sahə üzrə (keçmiş şirkət adı) ve (keçmiş şirkət adı) kimi şirkətlərdə (neçə il) yaxın iş təcrübəsi qazanıb, ixtisasım üzrə sertiifkatlar əldə etmişəm.
Daha detallı məlumat üçün LinkedIn profilimə göz ata bilərsiniz, ehtiyac olduğu halda isə CV-mi paylaşmağa hazıram.
Dəstəyiniz üçün öncədən təşəkkür edirəm.



3) Email - Linkedində və ya başqa bir platformada yerləşdirilmiş iş elanı üçün müraciət edərkən.


Hörmətli _____,
Ümid edirəm səhətiniz və işləriniz qaydasındadır!
Mənim adım ___. Sizə yazmaqda məqsədim şirkətinizdə mövcud olan vakansiyada maraqlı olduğumu bildirməkdir. Nəzərənizə çatdırmaq istərdim ki, göstərilən ixtisas üzrə ___ ilə qədər iş təcrübəm var. Daha ətraflı məlumat üçün CV-mi emailə əlavə edirəm.
Hər hansı bir sualınız olarsa cavablamağa hazıram.
Hörmətlə,
(Ad, Soyad)



4) Email - İş Təcrübəsi Olmadığı Halda


Hörmətli (şirkət adı) komandası,
Mənim adım ___ . Sizə yazmaqda məqsədim şirkətinizdə (İxtisas adı) üzrə təcrübə keçməkdə maraqlı olduğumu bildirməkdir. Hazırda həmin ixtisas üzrə iş təcrübəm olmasa da tez öyrənmək, intizamlı və səbrli olmaq kimi şəxsi bacarıqlarım sayəsində ixtisasa tez bir zamanda yiyələnə şirkətə fayda qata biləcəyimə inanıram.
Mənim haqqımda ətraflı məlumat almağınız üçün CV-mi emailə əlavə edirəm.
Tez bir zamanda sizdən eşidəcəyimə ümid edirəm.
Hörmətlə,
(Ad, Soyad)



5) Email - Follow Up (Eynisini Linkedİn üçün də keçərlidir.)


Hörmətli _____ ,
Ümid edirəm işləriniz qaydasındadır!
Sizə sonuncu mail-im ilə bağlı yazıram. Bilmək istərdim ki, CV-mi yoxlamağa zamanınız oldumu. Fikirləriniz mənim üçün önəmlidir.
Hörmətlə,
(Ad, Soyad)



6) Email - İntervyudan Sonra Təşəkkür (Eynisini Linkedİn üçün də keçərlidir.)


Hörmətli ____ ,
Bir daha bu gün dəyərli zamanınızdan ayırıb mənimlə müsahibə götürdüyünüz və şirkət barədə ətraflı məlumat verdiyiniz üçün sizə təşəkkür edirəm.
Tezliklə cavab verəcəyinizə ümid edirəm.
Hörmətlə,
(Ad, Soyad)


Qeyd – Mətn forması təbii olaraq dəyişə bilər, burada əsas məqsəd yazı üslubunu sizinlə paylaşmaqdır. Hər birinizə uğurlar olsun.

Number of views : 644

The only newsletter you need to supercharge your sales.