Korporativ təkliflər göndərmək üçün şirkətləri necə tapa bilərik?
Şirkətlər müəyyən olunduqdan sonra kiminlə və necə əlaqəyə keçmək lazımdır?
Bu günki buraxılışımız dəyərli izləyicimlərindən biri Fəridə xanımın sualı ilə bağlı olacaq və düşünürəm ki, korporativ sahədə çalışan bir çox insan üçün maraqlı bir mövzudur.
Ümumiyyətlə ilk öncə onu deyim ki, söhbət əgər korporativ və pərakəndə satışdan gedirsə mənim üçün korporativ satış hər zaman 3-0 öndədir. Çünki korporativ şirkətlərin izlədiyi qayda qanunlar, öncədən müəyyən olunmuş alış prosesi və səlis, anlaşılan kommunikasiyaları olur.
Mən sizə satış təlimləri üçün şirkətləri necə tapdığımı və necə əlaqəyə keçdiyimi deyəcəm, siz də bunu öz sahənizə uyğunlaşdıra bilərsiniz:
1 - İlk öncə iş elanları yerləşdirilən platformaları gözdən keçirirəm. Kimlər satış adamı axtarır? Və həmin iş elanlarında qeyd olunan tələblər nələrdir? Kimsə satış əməkdaşı axtarırsa bu o deməkdir ki, o ya komandasını genişləndirir, ya da əməkdaşı çıxıb yerinə kimisə götürməyi planlaşdırır. İstənilən halda onun satış komandası var (mənim görmək və düşünmək istədiyim də budur 🙂). Elanlarını götürürəm. Elanlar da yerləşdirilən vəzifə öhdəliklərini isə təlim proqramıma daxil etməyə çalışıram.
2 - Daha sonra həmin şirkətin təlimlə bağlı qərarverici şəxsini Linkedin-də axtarıb bağlantı təklifi göndərirəm. Satdığımız məhsuldan aslı olaraq şirkətlərdə qərarverici şəxslər də dəyişə bilir. Məsələn, təlim üçün HR və ya L&D (Learning and development) department uyğundur. Bəzi məhsullar üçün satınalma şöbəsi, bəzi məhsullar üçün rəhbər şəxs. Bağlantı təklifi qəbul olunduqdan sonra satışla bağlı heç nə yazmıram, sadəcə qəbul etdiyi üçün təşəkkür edib, yaxasından əl çəkirəm 🙂
Məsələ burasındadır ki, mən hədəfi vuran postlar paylaşdığım və həmin şəxs də bağlantı təklifimi qəbul etdiyi üçün postlarım onun qarşısında avtomatik olaraq çıxacaq. İstər-istəməz onun diqqətini çəkəcək. Və mən təxminən 7 gün sonra ona yazıb təklifimi bildirəcəm.
Əgər yox işim təcilidir və sosial media üzərində hər hansı bir fəaliyyətim yoxdursa o zaman sadəcə hesab açacam ki, qərarverən şəxsin ən azından adını tapa bilim.
Məsələn:
Linkedin-də axtarışda Kapital Bank HR yazdıqda əməkdaşların hesabları çıxacaq (bunu başqa hansı platforma sizə verə bilir öz aramızdı?)
Daha sonra onların hesablarına bir-bir daxil olub əlaqə məlumatlarının olub-olmamasını yoxlamaq lazımdır.
Bu nümunədə Fəridə xanımın hesabında mail adresini yerləşdirdiyini görmək olur.
Fəridə xanıma həm Linkedin, həm də email adresinə yazıb növbəti gün şirkətə zəng edib özümü sanki “Fəridə xanım tanıyır, Kamaldır deyin” kimi təqdim edəcəm (70% ehtimalda işləyir) və beləliklə Fəridə xanımla danışma imkanım olacaq.
Məqalə faydalı oldusa mənə bildirin mütləq.
Satışla bağlı, gündəlik, praktiki məlumatlar əldə etmək üçün telegram kanalımıza qoşulun:
https://t.me/kamalmahmudovv