Müştəri etirazları nə üçün yaranır?

Satışdasansa müştəri etirazları ilə qarşılaşmamaq sadəcə olaraq mümkün deyil.

Hər hansı bir təlim, mentorluq proqramı və ya kitab sizi bundan xilas etməyəcək. Ona görə də yaxşı olar ki, etiraz gəlməmişdən öncə özümüzü yaxşıcana hazırlayaq.

Birinci nüans - Müştəri etirazı deyə bir şey yoxdur, müştəri narahatlığı anlayışı var. Çünki biz müştərinin fikrini etiraz olaraq qəbul edəndə artıq müdafiə moduna girib müştəriyə qarşı aqressiv səslənə biləcək cümlə və ifadələr istifadə edəcəyik. Lakin bunu narahatlıq kimi qəbul etsək müştəri ilə söz güləşdirmək əvəzinə ona prosesi tam anlaması üçün yardım etməyə çalışacağıq.

Bəzi müştəri narahatlığı nə üçün formalaşır?

Cavab düşündüyünüzdən çox sadədir - Çünki danışığımız, təqdimat və ümumi proses müştərini qane etmir. Və müştəri düşünür ki, bu məhsula bu pulu verməyə dəyməz. Yəni səhv bizdədir, biz düzgün kommunikasiya qurmuruq, danışığı düzgün aparmırıq deyə müştəridə narahatlıq formalaşır. Çünki müştəri əlində pul ilə gəlir və onun həqiqətən də bu məhsula ehtiyacı var, ola bilsin ki, indi yox, amma sonra alacaq, lakin biz onun tam razı salmayanda müştəridə tərəddüdlər yaranmağa başlayır.

Belə olanda hallarda müştərilərlə razılaşıb, onları başa düşdüyümüzü qeyd edib - videoda dediklərimizi etməliyik :)

Video - Satışda müştəri etirazları nə üçün yaranır? | Satış

Number of views : 39

The only newsletter you need to supercharge your sales.